• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rüstəm Allahverdiyev: “Komanda çempion olanda kanala maraq böyük idi”

Premyer-liqa / Manşet

24-07-2023, 19:0

“Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamenti həmişə fəallığı ilə seçilib.

“Neftçi TV”nin fəalliyyəti bunun bariz nümunəsidi. İyulun 20-də klub telekanalı üç yaşını tamamladı. İlk gündən maraqlı işlər görən kollektivi təbrik etmək üçün klubun bazasına yollandıq. Departament rəhbəri Rüstəm Allahverdiyevlə telekanal barədə ətraflı söhbətləşdik.

- Necə oldu ki, “Neftçi TV”nin yaradılmasına qərar verildi?
- Mənim əvvəlki təcrübəmdə belə bir şey var idi. “Simurq”da işləyəndə klubun kanalını yaratmışdıq. Həmin vaxt “CBC Sport” fəalliyyət göstərmirdi. Qarşılaşmalar “İdman Azərbaycan”da göstərilirdi. Bəzi hallarda isə digər kanallar ödənişli əsaslarla yayınlar edirdilər. Biz də həmin vaxt “Simurq”un oyunlarının müəyyən platformalarda canlı yayınlarını təşkil edirdik. O zamandan düşüncəm bu idi ki, hər klubun öz televiziyası olmalıdı. “Neftçi”yə gələndən sonra bunun həyata keçirilməsini istədim. Komandamda Cavid və Çingiz var idi. Video kontenlərin yaradılmasında çox peşəkardılar. Müəyyən müddət bu fikir ətrafında düşündük, layihə hazırlayıb rəhbərliyə təqdim etdik. Müəyyən araşdırmalar apardıq. Rusiyada bir çox klublarla danışdıq, onların təcrübəsini öyrəndik. Sonra Türkiyəyə yollandım. “Fənərbaxça TV”də iki dəfə oldum. “Qalatasaray TV” ilə maraqlandım. “Bursaspor”la əməkdaşlıq çərçivəsində təcrübələrindən yararlandım. Bundan sonra rəhbərlik kiçik büdcə ilə kanalın fəaliyyət göstərməsinə razılıq verdi. Kamran Quliyevlə Zaur Qəhrəmanov bu məsələdə bizə dəstək oldu. Müəyyən büdcə ilə mümkün avadanlıqlar alındı. Bundan sonra dünyanı sarsıdan hadisə baş verdi. Koronavirus pandemiyası başladı. Hamının evdə oturduğu vaxt “Bakcell Arena”da studiyanı qurmağa çalışırdıq. Beləliklə, 3 il öncə “Neftçi TV” test yayını həyata keçirdi. O vaxtdan bu günə kimi minimum 4 saatlıq yayınla izləyicilərimizin qarşısındayıq.

- Kanalı yaradanda düşünürdüz ki, Audiovizual Şura “Neftçi TV”yə peyk yayını həyata keçirməyən platforma yayınçısı lisenziyasının verilməsi barədə müvafiq qərar qəbul edəcək?
- Təbii ki, minimum hədəflərlə başlamamışdıq. Əsas istəyimiz kanalın maksimum peşəkarlaşması idi. Amma qeyd etdiyim kimi, minimum büdcə ilə fəaliyyətə başladıq. Həmin dövrdə qanunvericiliyə əsasən internet televiziyalarının lisenziya alması çox çətin idi. “APA TV”, “Baku TV” buna nail ola bilmirdi. Biz də bu istiqamətdə danışıqlar aparırdıq. Həmin vaxt Milli Televiziya və Radio Şurası fəaliyyət göstərirdi. Onlar bizə bildirdilər ki, qanunvericilikdə dəyişikliklər gözlənilir. Bundan sonra lisenziya əldə edə bilərsiz. Bu müddət ərzində bir çox İP TV şirkətləri bizimlə əlaqə yaratdı. Onlar istəyirdilər ki, bizimlə əməkdaşlıq etsinlər. Lakin “Neftçi TV”nin əsas məqsədi lisenziya almaq idi. Biz riskə getmək istəmirdik. Nə zamansa buna görə cərimələnə bilərdik. Qanunvericilik dəyişəndən sonra düşündük ki, lisenziya almağa gücümüz çatacaq. Bu ilin əvvəlində müraciət etdik. Hüquqşünasımız Ruslan müəllim bu məsələdə bizə çox kömək oldu. Sizə deyim ki, lisenziya almaq o qədər də çətin proses deyil. Bizdən sənədlər toplusu istədilər. Onları hazırladıq. Maliyyə əsaslanmasını tələb etdilər. Bütün bunları təqdim etdik. Son toplantıda dedilər ki, lisenziyanız hazırdı. Bundan sonra ikinci mərhələ başlayacaqdı. “Neftçi TV”nin yayınlanmaq ehtimalı olan kabel televiziyalarla danışıqlar aparmaq lazım idi. Artıq bu proses də, demək olar ki, başa çatıb. Təbii ki, kabel televiziyada yayınlanmaq bizim üçün əlavə yükdü. Çünki minimum 6 saatlıq efir qrafikimiz olmalıdı. Bununla bağlı qanun var. Dil məsələsinə, özəl günlərə xüsusi önəm verməliyik. Artıq bunlara maksimum nəzarət etməliyik ki, sabah bizə hansısa cəza verilməsin.

- Əvvəllər “Neftçi”yə aid böyük sosial şəbəkə hesablarında “sarı media”ya məxsus məlumatlar paylaşılırdı. “Neftçi TV” yaranandan sonra bu bir qədər azalıb. Kanalı yaradanda bu məqamı nəzərə almışdız?
- Burda bir çox istiqamət var idi. Əsas məsələ azarkeşlərlə əlaqənin qurulması idi. “Neftçi” elə klubdu ki, burda baş verən kiçik bir hadisə media üçün bir xəbərdi. Həmin vaxt görürdük ki, sosial şəbəkələrdə, saytlarda yayılan bütün xəbərlərə münasibət bildirmək mümkün deyil. Bu baxımdan televiziyamız belə məsələləri cavablamaq üçün bir vasitə idi. Görürük ki, sosial şəbəkələrdə azakeşlərimiz “İsmayıl, Rüstəm belə dedi”, - deyə reaksiyalar verirlər. Bizdə əsasən problem transferlərlə bağlı olur. Klub kimləsə danışıq aparırsa, açıq deyirik ki, belə bir məsələ var. İlkin təmasa keçilibsə, bizə məlumat verilmir. Danışıq aparmadığımız oyunçular olanda deyirik ki, həmin futbolçu ilə əlaqəmiz yoxdu. Klubla bağlı başqa xəbərlər olanda da ya təkzib, ya da təsdiq edirik. İkinci məsələ azarkeşlə əlaqə idi. İstəyirdik ki, fanatlarımız “Neftçi”nin tarixi, futbolçularımız haqda əlavə məlumatlar əldə etsinlər. Üçüncü məsələ akademiyamızın tanıdılması idi. Özünüz də bilirsiz ki, Azərbaycanda uşaq futbolunun təbliğatı olduqca aşağıdı. Bizim əsas məqsədimiz bunu inkişaf etdirmək idi. Bir neçə gün öncə özüm üçün statistika çıxardım. Akademiyamızdakı komandaların 100-ə yaxın oyununu canlı yayınlamışıq. Bu, sadəcə, möhtəşəmdi. Akademiyamızın komandaları müxtəlif turnirlərdə iştirak etdilər. Həmin görüşləri, yoxlama matçlarını, əvəzedici kollektivin, U-19-un matçlarını canlı yayınladıq. Bu hamı, əsasən də valideynlər üçün maraqlı olur. Onlar övladlarının televiziyada göstərilməsinə sevinirlər. Elə olur ki, müxtəlif komandaların oyunları eyni vaxta düşür. Məcbur olaraq ən vacibini yayınlanırıq. Valideynlər bununla bağlı şikayət edirlər ki, mənim övladımın komandasının oyununu niyə göstərmirsiz? Rəqiblərin futbolçularının ailələri hətta bizdən soruşurlar ki, oyunu canlı göstərəcəksiz? Belə şeylərə maraq var. Bundan əlavə, bilirsiz ki, futbolçuların peşəkar karyeraları başlayanda mediadan qaçırlar. Onlar fikirlərini ifadə etməyə çətinlik çəkirlər. Biz artıq 12-13 yaşından onları bu vəziyyətə alışdırırıq. Əsas məqsədimiz odu ki, onlar kamera qarşısında rahat şəkildə fikirlərini ifadə etsinlər. Bu təkcə uşaqlara aid deyil. Məşqçilərimizə belə bəzi şeyləri izah edirik. Bundan sonra jurnalistlər kimdənsə müsahibə almaq istəyəndə, mən rahat oluram ki, həmin çalışdırıcı fikrini izah edə biləcək. Ən son məsələ də “Neftçi TV”nin kommersiya layihəsi olmasıdı. Kanalda xüsusi kontenlər var. Sponsorluq müqaviləsində göstərilir ki, konkret layihələrdə həmin şirkət reklam olunacaq. Belə olanda kluba maddi tərəfdən dəstək verir, həm də öz büdcəsini formalaşdırır.

- Əvvəlki dövrdəki büdcə ilə indiki arasında hansısa fərq var?
- Deyərdim ki, 3 dəfə artıq fərq var. Biznes-plan yazılanda qeyd olunmuşdu ki, 3 ilə yaxın klubun kanalına maddi dəstək göstəriləcək. Maddi-texniki bazanı formalaşdırmaq lazım idi. Düzdü, maliyyə cəhətdən istədiyimiz səviyyəyə gəlməmişik. Çünki “yutub”dan istədiyimiz qədər pul qazana bilmirik. Bəzən də müəyyən proseslər oldu ki, hadisələrin axarına təsir etdi. Düzdü, komanda çempion olanda kanala maraq böyük idi. İnsanlar hər şeylə maraqlanırdı, klubla bağlı yenilikləri öyrənmək istəyirdilər. “Neftçi TV”yə baxırdılar. Bunlar da bizə pul qazandırırdı. Şirkətlərə təklif etdiyimiz statistikalar onlar üçün maraqlı olurdu. Son illərdə əsas komandanın nəticələrinin qənaətbəxş olmaması bizim də gözləntilərimizin baş tutmamasına səbəbidi. Belə olanda düşündük ki, yayın kütləsini artırmalıyıq. Kabel televiziyasına çıxdıq. Bunun sayəsində bəzi şirkətlər klubun sponsoru yox, “Neftçi TV”yə reklam vermək niyyətindədilər. Bununla bağlı ilkin razılıq var.

- Müxtəlif layihələr hazırlayırsız. Şəxsən sizin ən çox bəyəndiyiniz veriliş hansıdı?
- Bir çox proqramların ideyasını mən verirəm. Amma yaradıcı hissəsinə çox qarışmıram. Hamısı inandığım adamlardı. Bilirəm ki, bu sahədən və futboldan anlayışı olanlardı. Televiziyanın, idmanın içində olmaq başqa, klubda olmaq isə tam fərqli aləmdi. Bura gələn insanların müəyyən qədər “Neftçi” sevgisi olmalıdı, flaqmanın tarixini bilməlidilər. Təkcə aparıcılıq etmək və ya yaxşı jurnalist olmaqla bağlı olan bir şey deyil. Texniki heyət, montajçı belə “Neftçi”ni sevməlidi ki, öz işini yaxşı görə bilsin. Bir çox verilişlər var ki, bəyənirəm. Ən çox xoşladığım isə akademiya ilə bağlı olanlardı. Fikrimcə, indi çəkdiyimiz uşaqlar sabah peşəkar futbolçu olanda həmin kadrlara baxıb hansı çətinliklərdən keçdiklərini xatırlayacaqlar. Bu, dünya praktikasında da var. Məsələn, Arda Gülər “Real”a transfer olunmamış onun “Fənərbaxça”ya gəlişini, oyunlardan görüntülərini tamaşaçılara izlədirdilər. Ümid edirəm ki, mən də nə zamansa “Neftçi”də hansısa futbolçu ilə bağlı bunları edə biləcəm.

- Düşünmürsüz ki, “Neftçi Mediada” verilişində bir qədər riskə getmisiz. Bu formatın digər kanallarda olması onlara sərf edir. Çünki bəzən klublara müxalif fikirlər səslənməsi tamaşaçını cəlb edir. “Neftçi” haqda əks fikirlərin səslənməsinə necə razı olduz?
- Əvvəlcə o verilişi gündəlik edirdik. Sonradan həftədə 3 dəfə yayınlamağa qərar verdik. Bu zaman düşündük ki, mediada yer alan xəbərləri şərh etmək üçün mütəxəssisləri dəvət edək. Yəni yayılan dezinformasiyaların qarşısını almaq üçün tamaşaçılara təqdim etdiyimiz TV proqram idi. Bizim hansısa sayt, media qurumu, jurnalist ilə qəsdi-qərəzimiz yoxdu. İstənilən həmkar bizim verilişdə rahat şəkildə öz fikirlərini səsləndirə, məlumatlarının doğruluğunu isbat edə bilər. Bəzən elə olub ki, jurnalist efirə gəlib, “Neftçi”ni tərifləyib. Qatıq ağdısa, buna “qara” deməyə gərək yoxdu. Kim fərqli düşünürsə, gəlsin, “Neftçi TV”də danışsın. Məsələn, Mirabdulla Abbasov məsələsini siz çox işıqlandırdız. Biz də sizi dəvət etdik ki, bu məsələni “Neftçi TV”nin efirində aydınlaşdıraq. Bu veriliş məhz bunun üçün yaradılıb. İstənilən jurnalist burda fikrini azad şəkildə ifadə edə bilər. Bizim məqsədimiz medianın işıqlandırdığı məsələnin konkretləşdirilməsidi.

- Həmin verilişə görə klub rəhbərliyi tərəfindən sizə nə vaxtsa irad bildirilib? Yaxud da demisiz ki, kaş, bu şəxsi efirə dəvət etməzdik.
- Rəhbərlik tərəfdən kiminsə qonaq çağrılmasına qadağa qoyulmayıb. Amma elə olub ki, hansısa jurnalist verilişdə bir fikri tam özünə sərf edəcək şəkildə ifadə edib. Bu, mənim üçün xoş olmayıb. Özümə demişəm ki, bu, mənim səhvimdi ki, həmin şəxsin qonaq olmasına şərait yaratdıq. Çalışmışam ki, həmişə jurnalistlərin sorğularını cavablayım. Lakin bəzən alınmır. Onda da jurnalist xəbəri yazır, azarkeşlər də ona inanır. Sonradan həmin xəbərin yalan olduğunu isbat etmək çox çətin olur. O da gəlib efirdə bu məlumatları paylaşır. Həmin vaxt özümə demişəm ki, gərək bu şəxsi qonaq çağırmazdıq.

- “Neftçi TV”də yeniliklərin olacağını bilirik. Bir qədər bu haqda danışmağınızı istərdik...
- Bugünlərdə SOCAR rəhbərliyi ilə yenidən görüşümüz olacaq. Onlara nələrə ehtiyacımızın olması ilə bağlı məlumat verəcəyik. Yeni studiya qururuq. “Bakcell Arena”nın ərazisində maraqlı iş görürük. Avadanlıqların alınması, işçilərin şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdi. Komanda üzvlərinin sayında müəyyən qədər artım etmək istəyirik. Avadanlıqların sayı artmalıdı. Elə olur ki, əsas komanda səfərə yollanır, kameralar və başqa vasitələr onlar üçün ayrılır. Burda nəsə olanda canlı yayın təşkil edə bilmirik. Qarşımıza başqa məqsəd də qoymuşuq. Artıq oyunları 1 yox, 3 kamera ilə çəkmək istəyirik. Bir çox oyunlarda bu variantı sınamışıq. İndi məqsədimiz budu ki, artıq bütün görüşləri 3 kamera ilə çəkək.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Aktual

24-04-2023, 23:0

"Neftçi"nin reaksiyası gecikmədi - AÇIQLAMA

Aktual / Konfrans Liqası

22-06-2023, 12:0

“Neftçi”ni püşkatmada heç kim təmsil etməyib - SƏBƏB

Aktual / Manşet / Günün xəbəri

16-03-2022, 13:0

Məşhur şirkət "Neftçi"dən 3 ay vaxt tələb edib - ÖZƏL

Aktual
"Sabah"dan Mikelsə dodaquçuqladan təklif! - bu dəfə "yox" deyə bilməyəcək
"Ən azı Konfrans Liqasına vəsiqə qazanacağımıza ümid edirdik" - "Kimyaçılar" narazıdı
Demçenko da gedir? - "Araz-Naxçıvan"ın icraçı direktoru cavabladı
Romao “Qarabağ”ı ziyana saldı - “Hər klubda belə halları diqqətdə saxlayan hüquqşünas çalışmalıdı”
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Toral Bayramov “Bursaspor”da!
Son xəbərlər
  • Bu gün, 16:51
    "Sabah" Nicatla yola davam etmədi
  • Bu gün, 16:20
    Pasportu oğurlandı, məşqlərdən kənarda qaldı
  • Bu gün, 15:59
    “Araz-Naxçıvan” Demçenko ilə yolları ayırdı
  • Bu gün, 15:38
    Romadan Berqamoya üz tutacaq
  • Bu gün, 15:16
    Bütün həmkarlarını arxada qoydu
  • Bu gün, 14:55
    Mövsümün ən yaxşı gənc futbolçusu seçildi
  • Bu gün, 14:24
    Qadın millimizin heyəti açıqlandı
  • Bu gün, 13:53
    "Sabah"dan Mikelsə dodaquçuqladan təklif! - bu dəfə "yox" deyə bilməyəcək
  • Bu gün, 13:22
    "Ən azı Konfrans Liqasına vəsiqə qazanacağımıza ümid edirdik" - "Kimyaçılar" narazıdı
  • Bu gün, 12:51
    Usik Həbibi seçdi
  • Bu gün, 12:20
    Acun ''Hall Siti''ni Las Veqasa aparacaq
  • Bu gün, 12:12
    Demçenko da gedir? - "Araz-Naxçıvan"ın icraçı direktoru cavabladı
  • Bu gün, 11:59
    Əfran İsmayılov "Şəfa"da vitse-prezident oldu
  • Bu gün, 11:38
    Murad Məmmədov "Pafos"da! - "Neftçi" elan etdi
  • Bu gün, 11:17
    "Şahdağ Qusar" baş məşqçi və köməkçiləri ilə yolları ayırdı
  • Bu gün, 10:56
    ''Borussiya'' türkiyəli oyunçu ilə rəsmən vidalaşdı
  • Bu gün, 10:25
    "Sumqayıt" Saşa İliçi yola saldı - RƏSMİ
  • Bu gün, 09:54
    Romao “Qarabağ”ı ziyana saldı - “Hər klubda belə halları diqqətdə saxlayan hüquqşünas çalışmalıdı”
  • Dünən, 23:59
    “Əminəm ki, bütün bunlar məni daha güclü etdi” - Sinner necə özünə gəlib?
  • Dünən, 23:08
    “Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
  • Dünən, 22:26
    Mik atasına həsr olunan dəbilqədə çıxış edəcək
  • Dünən, 21:58
    “Formula-1”də 12-ci komanda da olacaq?
  • Dünən, 21:27
    Alkaras daha iki turniri buraxacaq
  • Dünən, 20:58
    "Şamaxı" Rüfətlə vidalaşdı
  • Dünən, 20:28
    Tovuz stadionu UEFA standartlarına uyğunlaşdırılır
  • Dünən, 19:58
    “Oklahoma-Siti” – “San-Antonio” oyununu 12 milyon adam izlədi!
  • Dünən, 19:28
    “Sabah” daha bir liqada çempion oldu
  • Dünən, 18:57
    Macarıstan: 1939-dan bəri ən böyükhesablı qələbə
  • Dünən, 18:27
    “Monreal” 53-cü (!) dəfə konfrans finalına çıxdı
  • Dünən, 17:56
    Yayda premyer-liqada 7 məşqçi ayrılığı yaşanacaq!
  • Dünən, 17:35
    Toral Bayramov “Bursaspor”da!
  • Dünən, 17:13
    İspaniya millisinin baş məşqçisindən “Real” azarkeşlərinə cavab gəldi
  • Dünən, 16:46
    Kanavaro “Sabah”ın oyunçusunu “30-luğ”a saldı, Miller isə...
  • Dünən, 15:43
    Minifutbol üzrə millimizin AÇ üçün heyəti
  • Dünən, 15:14
    Mikels mükafatlandırıldı
Daha çox
Oxunub: 277
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 246
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 212
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 198
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə