Millimiz İspaniyanı darmadağın etdi

6.06.2022 23:37 450
Yığma
Azərbaycanın mini-futbol komandası Avropa çempionatında 2-ci turun oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, B qrupunda yer alan Elşad Quliyevin yetirmələri İspaniya yığmasını darmadağın edib - 5:1. Komandamızın qollarını Mirmehti Rzayev, Vüsal İsayev, Rəvan Kərimov, Asif Zeynalov və Seymur Məmmədov vurub.

Milli bundan əvvəl Rumıniyaya uduzub - 0:2. İspaniya Albaniya ilə heç-heçə edib (0:0).

Azərbaycan yığması qrupdakı son matçını iyunun 7-də Albaniyaya qarşı keçirəcək