Yay liqasının qalibi “Klivlend” oldu

21.07.2023 16:50 190
İdman
MBA komandaları arasında Las-Veqasda keçirilən Yay liqasının finalında “Klivlend”lə “Hyuston”un qarşılaşacağını xəbər vermişdik. Srağagün səhər saatlarında keçirilən bu oyunda “Klivlend” qalib gəlib - 99:78 (28:14, 23:30, 28:15, 20:19).

"Football-plus.az" xəbər verir ki, qaliblərin forvardı İsaii Mobli 28 xal və 11 ribaund ilə meydandakı ən məhsuldar basketbolçu olub.

Xatırladaq ki, “Klivlend” son mövsümdə pley-offa vəsiqə qazansa da, ilk mərhələdə “Nyu-York”a uduzub.