“Klivlend Kavalers”in üzvü Riki Rubio meydanlara qayıda bilər.
Football-plus.az xəbər verir ki, ispaniyalı basketbolçu yeni mövsümdə komandasının heyətində debüt etmək üçün tibbi icazə alıb.
2021-ci ildə dekabrın sonlarında sol dizindən zədələnən müdafiəçinin dönüşü özündən asılı olacaq. “Klivlend Kavalers” oyunçunun tam sağalmasının tərəfdarıdı.
Qeyd edək ki, Riki Rubio ötən mövsüm MBA-da 13,1 xal, 6,6 məhsuldar ötürmə və 4,1 ribaundla oynayıb.