"Neftçi" Türkiyə klublarına uduzdu

12.09.2026 22:54 0
İdman
İzmirdə "Aliağa Petkim Spor"un ev sahibliyi ilə “Ege Cup 2026” mövsümöncəsi hazırlıq turniri keçirilib.

"Football-plus.az" xəbər verir ki, 10-12 sentyabr tarixlərində Aliağa Bələdiyyəsi İdman Salonunda təşkil olunan yarışda ev sahibi ilə yanaşı, “Neftçi”, “Trabzonspor” və “PizzaBulls Bordo Bandırma” da iştirak edib.

Turnir çərçivəsində iki oyun keçirən təmsilçimiz ilk qarşılaşmada "Aliağa Petkim Spor"la (52:81), növbəti matçda isə “PizzaBulls Bordo Bandırma” komandası (59:105) ilə üz-üzə gəlib.