Daha bir azərbaycanlı futbolçu karyerasını ölkə xaricində davam etdirəcək.
"Football-plus.az" xəbər verir ki, söhbət Eldar Tağızadədən gedir. 20 yaşlı qolkiper İspaniyada çıxış edəcək. 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü "Luqo" ilə razılaşıb. Onun transferi yaxın zamanda açıqlanacaq.
Qeyd edək ki, Eldar Tağızadə Fransa 3-cü liqasında çıxış edən "Klermont"da çıxış edirdi. Onun yeni komandası olan "Luqa" İspaniyanın 3-cü liqasının 1-ci qrupunda mübarizə aparır.
İLKİN SULTANLI