"Xan Lənkəran"ın 2 üzvü karyerasını ölkə xaricində davam etdirəcək - RƏSMİ

1.08.2022 09:14 379
Ölkə futbolu
Gələn mövsüm Region Liqasında çıxış etməkdən imtina edən "Xan Lənkəran"ın 2 futbolçusu ölkə xaricində çıxış edəcək.

Football-plus.az xəbər verir ki, cənub təmsilçisinin üzvləri Tacikistanın "Fayzkand" klubuna transfer olunub. Söhbət İlyas Səfərzadə və Elvin Mirzəyevdən gedir. Bu məlumatı "Xan Lənkəran"ın mətbuat xidməti yayıb.

Qeyd edək ki, "Fayzkand" hazırda Tacikistan çempionatında 10 oyundan sonra hesabına 15 xal yığıb.