Yeni transfer “Zaqatala”ya keçidini dəyərləndirdi

20.07.2023 18:40 307
1-ci liqa / Manşet
"Zaqatala" 5-ci transferini həyata keçirib. Söhbət Nicat Məmmədovdan gedir.

Heyətə cəlb olunan oyunçuyla bağlı Rüstəm Məmmədovla əlaqə saxladıq. 1-ci liqa təmsilçisinin çalışdırıcısı "Football-plus.az"a bunları dedi:
"Nicat çoxdandı gözaltı etdiyimiz oyunçudu. O, topla yaxşı davranan, fantaziyası olan futbolçudu. Ondan həm faydalanmaq, həm də fayda verməyi düşünürük. İnanıram ki, komandamıza rəng qatacaq. Həmçinin üzərində çox işləyib, daha keyfiyyətli futbolçuya çevriləcəyinə əminəm".


Nicat Məmmədovun bölgə təmsilçisinə keçidiylə bağlı fikri isə belə oldu:
"Zaqatala"ya keçməyimə çox məmnunan. Burda inkişaf etmək üçün yaxşı şərait var. Üzərimdə çalışıb, həm özüm, həm də komandam üçün hər şeyin yaxşısını etmək istəyirəm. İnşallah, "Zaqatala"nı uğura daşıyacağıq".


ABDULLA İSMAYILOĞLU

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul