"Qarabağ" - "Linkoln Red İmps" görüşündə maraqlı anlar yaşandı.
"Football-plus.az" olaraq diqqətimizi çəkənlərlə sizi də tanış edirik.
* Oyunu izləyənlər arasında məşhur aktyor İlham Namiq Kamal da var idi.
* Komandalar meydana çıxarkən stadionun suvarma sistemi işləyirdi. Arenanın əməkdaşının müdaxiləsindən sonra proses dayandı.
* Ot örtüyündəki saralmalar aşkar görünürdü. Düzdü, bu məqam oyuna təsir etməsə də, hər halda, görüntü olaraq xoş deyildi.
* Qol 7-ci dəqiqədə vurulsa da, müəllif iki dəqiqə sonra Sənan Şəfizadə tərəfindən açıqlandı.
* 68-ci dəqiqədə Veşoviçlə Britto arasında xırda anlaşılmazlıq yaşandı. Lakin hakimin müdaxiləsindən sonra ara sakitləşdi. Rəqibin baş məşqçisi 4-cu hakimə etiraz edərək Veşoviçə sarı vərəqə verilməsini tələb etdi.
* Azarkeşlər azlıq təşkil etsə də, şikayətçi olduqları məqamlar var idi. Məsələn, fanatlar sosial şəbəkələrdə arenada satılan qida məhsulların qiymətləri ilə razılaşmırdı. Adi burgerin 5, suyun yarım litrinin 2 manata olması onların narazılığına səbəb oldu.