Türkiyə UEFA-ya müraciət etdi

24.03.2022 18:20 664
Dünya futbolu
Türkiyə AÇ-2028-ə ev sahibliyi etmək istəyir.

Bu barədə yerli mətbuat xəbər yayıb. Qurum yarışa ev sahibliyi etmək üçün rəsmi şəkildə UEFA-ya müraciət etdiklərini bildirib. UEFA məsələ ilə əlaqədar son qərarı aprelin 5-də açıqlayacaq.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniya, İsveçrə, Şimali İrlandiya, İrlandiya respublikası, Uels AÇ-2028 üçün namizədliyini irəli sürmüşdü.