Ölkənin müxtəlif klublarında müxtəlif klublarda çalışmış Səbuhi Səfiyarlı doğulduğu və uzun illər işğal altında olan Cəbrayılın eyniadlı komandası ilə bağlı yazıb.
“Football-plus.az” xəbər verir ki, yeni layihədə müşavir kimi yer alan Səfiyarlı “Cəbrayıl”ı zirvəyə qaldıracağına inanır:
“Bu ildən 2-ci liqada çıxış etmək hüququ qazanmış "Cəbrayıl" üçün qarşımıza böyük hədəflər qoymuşuq. Agentlik fəaliyyətimə görə rəsmi vəzifə tutmasam da, Cəbrayıla qayıdışın bir parçası olan bu böyük layihədə müşavir kimi iştirak etmək böyük həyəcandı. Vaxtilə Avropa kuboklarında qrup mərhələsində sevimli "Qəbələ" ilə "Borussiya"ya, "Maynts"a, "Lill"ə və başqa adlı-anlı rəqiblərə qarşı oyunlarda necə həyəcan vardısa, indi "Cəbrayıl"la 2-ci liqada oynamaq, doğulub-böyüdüyüm şəhərin ilk peşəkar klubunda olmaq da o qədər həyəcanlıdı. Ad fərqli olsa da, uşaq ikən Azərbaycan çempionatının 1-ci dəstəsindəki oyunlarına baxmaq üçün "jildom"dan stadiona qədər olan yolu necə həvəslə gedirdimsə, ötən il Region Liqasında komandamızı dəstəkləmək üçün Bakıdakı, rayonlardakı oyunlarda necə həvəslə azarkeşlik edirdimsə, bu gün də bu layihəyə eyni həvəslə başlayıram.
Klubun yaradıcısı Cavid Hüseynovla birlikdə böyüdüyümüz şəhərin komandasını ölkə futbolunda öncül mövqelərə gətirmək fikrindəyik. Cavid Region Liqasında qələbə qazanarkən Cəbrayıl azarkeçlərinin necə dəstək verdiyini gördükdən sonra əmin oldum ki, rayonumuzun komandası ölkə futbolunda daha yuxarı liqalarda təmsil olunmaq prespektivinə malikdi və layiqdi. Rayon rəhbərliyinin, bu işdə həvəslə yardım etmək istəyən cəbrayıllı dostlarımızın dəstəyini görəndən sonra 2-3 ilə Cəbrayılı peşəkar klub kimi ən yaxşı şəkildə təmsil edəcəyimizə şübhəm qalmayıb. Cəbrayılın işğalı ilə 1-ci dəstədə yarımçıq qalmış işimizi azad Cəbrayılın təmsilçisi kimi yenidən böyük futbol səhnəsinə qayıtmaqla bərpa edirik. Qaldığımız yerdən, qaytardığımız yurddan işimizə davam...”