"Belə oyunlar liqanın səviyyəsini qaldırır" - Rəşad Sadıqov

13.09.2026 21:37 0
Ölkə futbolu / Manşet
“Belə oyunlar liqanın səviyyəsini qaldırır” - Rəşad Sadıqov
Misli premyer-liqasının 5-ci turunda “Zirə” “Qarabağ”ı qəbul edib.

1:1 hesabıyla bitən görüşdən sonra “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransı keçirib.

- Sürətli və keyfiyyətli oyun alındı. Bu gözlənilirdi. Hər iki komanda mövsümə yaxşı start vermişdi. Düşünürəm ki, azarkeşlər bugünkü oyundan razı qaldılar. Futbolçularıma təşəkkür edirəm. Azarkeşlərə də təşəkkür edirəm. Ötən oyun 0:5 hesablı məğlubiyyətdən sonra bizi yenidən dəstəkləyirdi. Biz bu səbəbdən bu matçda onlara təşəkkürümüzü bildirmək istəyirdik. Məsələ nəticə ilə yox meydanda göstərdiyimiz intizamla bağlıdı. Həftəsonu dəyişiklik etdik. Ərən, Papunaşvili və Lauyenin zədə səbəbindən taktiki dəyişikliyə getdik. Futbolçularıma da təşəkkür edirəm. Artıq bizi çətin Tovuz səfəri gözləyir. Tez bir şəkildə o oyuna hazırlaşmaq istəyirik.

- Ardıcıl 3 çətin rəqiblə qarşılaşıb 4 xal qazandız. Bunu necə dəyərləndirirsiz? Və fasilə sizi nə dərəcədə narahat edir?
- İyul ayından hazırlığa başladıq. Görək fasilə necə təsir edəcək. Aradakı zamanda görək çatışmayan cəhətləri necə həll edirik. Ötən oyunu təhlil etdikdə gördüm ki, komandam yaxşı oynasa da, bitiricilik səbəbindən rəqib qələbə qazanmışdı. Bu isə futbolçularıma motivasiya verdi.

- Zədəli futbolçular, əsasda qapıçı nə zaman qayıdacaq?
- Zədəli qapıçımız hələ Braziliyadadı. Bu il 4 dəfə çiyin zədəsi görmüşük. Bu bəxtsizlikdi. Maignon adi zamanda zədələndi. Ərən, Kris, Papunaşvili zədələndi. 20-ci dəqiqədə Vierinya zədələndi. Çalışırıq ki, öhdəsindən gəlsin. Növbəti matçda kimin olacağı ilə bağlı matçdan öncə biləcəyik.

- Stili dəyişmək Qurban Qurbanov üçün gözlənilməz oldu?
- Ola bilər. Biz 8 oyundu eyni sistemlə çıxış edirdik. Ola bilsin ki, onlar bizi təhlil etmişdi. Bu dəyişiklik bizə yaradı. Sürətli oyun gedirdi. Belə oyunlar liqanın səviyyəsini qaldırır.

- "Sabah"a qarşı yenidən oynasaydız, hansı dəyişiklikləri edərdiz?
- Hücumameylli oyunlarla hər şey uğurlu alınırdı. 5-ci dəqiqəyə kimi “Sabah”ın qapısında 3 zərbə əldə etmişdik. Amma ilk epizodda qol buraxdıq. O oyunda nəticə yox, oynadığımız oyun faydalı olacaq. 90 dəqiqə ərzində çoxlu epizodumuz olub. Belə oyunlar olur. Maurinyonun bir məsəli var: “5 oyunu 0:1 hesabıyla məğlub olmaqdansa, bir dəfə 0:5 hesabıyla məğlub olmaq yaxşıdı.

- Bu mövsümə yaxşı başlasaz da, 2 məğlubiyyət yaşadız. “Payde” yoxsa “Sabah” məğlubiyyəti daha ağırdı?
- Futbol o qədər inkişaf edib ki, artıq böyükhesablı məğlubiyyətlərə o qədər də məyus olmursan. Səfərdə “Sabah”a qarşı oynayırsan, məğlub olsanda çox şey itirmirsən. Amma “Payde” ilə görüş fərqli idi. Mən karyeram ərzində belə məğlubiyyət gözləmirdim. Hər iki matçda üstün olsaqda, məğlub olduq. O qədər qol epizodları… Bu mənim üçün böyük təcrübə oldu.

İSRAYIL XEYRULLAYEV