“Linkoln”a lağ etdilər: siz Vaşinqton, yoxsa Alyaska üzərindən gəlmisiz?

18.07.2023 23:46
Aktual
Bir neçə saatdan sonra Çempionlar Liqasının cavab görüşündə “Qarabağ”la qarşılaşacaq “Linkoln Red İmps” Bakıya gələrkən yolda çox vaxt keçirib.

“Football-plus.az” xəbər verir ki, Cəbəllütariq çempionu Bakıya çatan kimi “feysbuk” səhifəsində “16 saatdan sonra sağ-salamat Bakıya çatdıq” paylaşımı edib. Gözlənildiyi kimi, bu paylaşımı səhifəyə axın edən azərbaycanlı futbolsevərlər birmənalı qarşılamayıb.

Məsələn, Vüqar Cabbarov belə reaksiya verib:
“Mənim Koreyaya uçuşum 14 saat sürdü. İspaniyadan Bakıya uçuş vaxtı isə cəmi 6 saatdı. Siz Vaşinqton, yoxsa Alyaska üzərindən gəlmisiz? Hər halda, Odlar yurduna xoş gəlmisiz”.


Turqut Mustafayev isə qonaqların yarasına duz səpib:
“Bu əsl səyahətdi. 1-ci mərhələdə mübarizəni dayandırmaq üçün bura və geriyə 30 saatlıq səfər...”