Görəsən, bölgə təmsilçisinin son durumu necədi? Həm də Konfrans Liqasının matçlarına hazırlaşan komandada hansı çatışmazlıq var? Heyətin komplektləşdirilməsi prosesi yekunlaşıb?
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Football-plus.az”ın suallarını cavabladı:
“Hazırlıq ümumi plan üzrə davam edir. Gün ərzində 2 məşq keçirik. Türkiyə toplanışından maksimum faydalanmağa çalışırıq. Yeni transferlərin uyğunlaşma prosesi də qaydasındadı. Hər biri özünü yaxşı hiss edir. İnanıram ki, qarşıdakı günlərdə daha optimal formaya yaxınlaşacaqlar. Heyətin komplektləşdirilməsi hələ yekunlaşmayıb. İki mövqedə boşluqlar var. Qapıçı və hücumameyilli yarımmüdafiəçi axtarırıq”.
KƏNAN BAHADIR






