"Qəbələ"nin Boluda 4-cü günü

8.07.2022 09:19 328
Premyer-liqa
2022/23 mövsümünə hazırlaşan “Qəbələ” Türkiyə toplanışını davam etdirir.

Football-plus.az xəbər verir ki, “qırmızı-qaralar” Boluda təşkil olunan təlim-məşq prosesinin dördüncü gününü başa vurub.

Baş məşqçi Elmar Baxşıyevin yetirmələri günün ilk yarısında trenajor zalında hazırlıq keçiblər. Axşam məşqini meydanda gerçəkləşdirən futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər.

Türkiyədəki təlim-məşq toplanışı iyulun 19-dək davam edəcək.