UFA rəhbərliyi FİFA və UEFA-dan nə tələb edib?

31.01.2023 11:03 245
Dünya futbolu / Manşet
Ukrayna Futbol Assosiasiyası (UFA) FİFA və UEFA-ya tələb irəli sürüb.

Football-plus.az xəbər verir ki, UFA Rusiya premyer-liqası klublarının Türkiyədə yoxlama oyunları keçirməsindən narazıdı.

Rusiya komandaları Türkiyədəki qış təlim-məşq toplanışı çərçivəsində Avropa təmsilçiləri ilə yoldaşlıq oyunları keçirirlər. UFA rəhbərliyi bu səbəbdən UEFA və FİFA-ya müraciət edərək beynəlxalq qurumlardan məlum yoldaşlıq oyunlarının dayandırılmasını istəyib. UFA-nın mətbuat katibi Aleksandr Qlıvinski “The Athletic” qəzetinə açıqlamasındə belə deyib:

“Türkiyədə keçirilən oyunlar qeyri-rəsmi statusa malik olsa da, biz bunu Rusiya idmanının qadağalar rejimini pozması sayırıq. Bu ölkənin heç bir nümayəndəsinin, o cümlədən idman klubunun beynəlxalq tədbirlərdə iştirak hüququ yoxdu”.


Qlıvinski onu da qeyd edib ki, Ukrayna klubları ruslarla oynamış komandalarla, məsələn, “Partizan”la oyun keçirməmək qərarına gəlib. Yeri gəlmişkən, UEFA-nın İcraiyyə Komitəsi yanvarın 25-də Ukraynada davam edən müharibəyə görə Rusiya komandalarının beynəlxalq turnirlərdəki çıxışına qoyulan qadağanı qüvvədə saxlayıb.