Kverkveliyanın yeni klubu

17.07.2023 10:21 223
Dünya futbolu
“Neftçi”dən ayrılan Solomon Kverkveliyanın yeni klubu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Gürcüstan millisinin müdafiəçisi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. 31 yaşlı futbolçu “Əl-Ohdud” klubu ilə müqavilə imzalayıb.

Qeyd edək ki, dünən “Neftçi” Kverkveliya ilə müqaviləni qarşılıqlı razılaşma ilə ləğv etdiyini açıqlayıb.