"Neftçi" Gürcüstan millisinin üzvü ilə yollarını ayırıb

13.07.2023 17:29 231
Ölkə futbolu
Yeni mövsümə Rusiyada hazırlaşan "Neftçi" daha bir futbolçusu ilə vidalaşıb.

"Football-plus.az" xəbər verir ki, gürcüstanlı müdafiəçi Solomon Kverkveliya ilə yollar ayrılıb.

31 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Gürcüstan millisinin də üzvü olan Solomon Kverkveliyanın "ağ-qaralar"la 2024-cü ilin yayınadək sözləşməsi var idi.