Neftçi" azarkeşləri Mutunu bəyəndi - RƏYLƏR

15.07.2023 17:55 681
Aktual / Ölkə futbolu
Bu gün "PARİ Premyer" kubokunda sonuncu oyun keçirilib.

Sankt-Peterburqda - "Smena" stadionunda üz-üzə gələn "Neftçi" ilə "Fənərbaxça"nın duelinin qalibi Türkiyə təmsilçisi olub - 0:1. "Ağ-qaralar"ın yeni baş məşqçisi Adrian Mutu bu vəzifədə debüt edib.

Matçdan sonra azarkeşlər "Neftçi"nin performansı və Mutu haqda təəssüratlarını sosial şəbəkələrdə bölüşüblər. "Football-plus.az" həmin rəylərdən seçmələri təqdim edir.

"Neftçi Baku Fan Page:

"Bilmirəm mənə elə gəldi, yoxsa doğrudan da ilk hissədə yaxşı oynadıq. Komanda ümid verdi. Deməli, oyunçular deyilən qədər bərbad deyil. 5-6 yaxşı oyunçu alınsa, güclü heyət qurmaq olar. Rəqib sıradan biri deyildi, "Fənərbaxça" idi".

Vəli Nəcəfzadə:

"Son 10 ilin ən yaxşı  oyunu idi. Bu oyuna alqış düşür. Mutunun da oyuna müdaxiləsi əladı".

Çələbi Xan:

"Oyunçulardakı qorxaqlıq az da olsa, itib. Mutu liderlik və aqressivlik keyfiyyətlərini komandaya aşılayıb".

Rüstəm Əfəndiyev:

"Maşallah, bunlar qaça bilirmiş. Axır ki, meydanda qaçmaqlarını gördük".

Xəyal Fərzullayev:

"Meydandakı tanıdığımız "Neftçi"di? Gözlərimə inana bilmirəm, afərin, uşaqlar!"

KƏNAN BAHADIR