56 (!) yaşında debüt etdi!

28.04.2023 20:30 269
Dünya futbolu
Kadzuyoşi Miura futbol dünyasını təəccübləndirməkdə davam edir. Yaponiyalı futbolçu Portuqaliya çempionatının 2-ci liqasında debüt edib.

“Football-plus.az” xəbər verir ki, yanvarda “Oliveyrense”yə qoşulan 56 (!) yaşlı hücumçu “Akademiko Vizeu” ilə matçın 90-cı dəqiqəsində meydana çıxıb. Miura bir dəqiqə meydanda qalıb. O, bununla da Portuqaliya liqalarında ən yaşlı oyunçu kimi tarixə düşüb.

Qeyd edək ki, peşəkar səviyyədə ilk oyununa 1982-ci ildə çıxan Kadzuyoşi futbolçu karyerasında 38-ci mövsümü keçirir!