• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mutu, Mutu... Haci qədər ola bildimi? - KÖŞƏ

Manşet / Yazarlar

14-07-2023, 13:0

“Neftçi”nin yeni baş məşqçisi, nəhayət, müəyyənləşdi. Sözün düzü, şəxsən mənə klubu idarə edənlərin bu cür inadkarlığının səbəbi qeyri-müəyyən qaldı. Sanki adamlar qarşılarına məqsəd qoymuşdular ki, əcnəbi mütəxəssis gətirəcəklər. Özü də elə bir əcnəbi mütəxəssis ki, Azərbaycanda mənfi imicə sahib olsun.

Əvvəlcə azərbaycanlı futbol azarkeşlərində qıcıq doğuran türkiyəli Sərgən Yalçınla danışıqlar başladı. İş o yerə gəlib çatdı ki, onu özəl təyyarə ilə əziz qonaq kimi Bakıya da gətirdilər. Sərgən sevgisi, onu “Neftçi”yə baş məşqçi təyin etmək arzusu o qədər güclü idi ki, peşəkarlığa da tüpürüldü. Mütəxəssis rəhbərliyin xüsusi qonağı kimi Bakıya gətiriləndə komandanın baş məşqçisi var idi. Rəsmi müqaviləyə əsasən Laurentsiu Regekampf baş məşqçi sayılırdı. Amma “Neftçi” onunla anlaşa bilmədi.

Daha bir qəribəlik o oldu ki, Sərgən variantı baş tutmayınca, gözlər daha bir qalmaqallı mütəxəssisə çevrildi. Bu dəfə digər rumın Adrian Mutunun adı “Neftçi”ylə yanaşı çəkilməyə başladı. Bu müzakirələr tərəflər üçün xoşbəxt sonluqla yekunlaşdı, Mutu “ağ-qaralar”ın yeni baş məşqçisi oldu. Onu klubun başbilənlərinə sevdirən nə oldu? Futbolçu kimi qalmaqallı, qeyri-ciddi həyat tərzi sürən biri məşqçilik həyatında da yeni addımlayır. Heç Azərbaycanda rumıniyalı çalışdırıcıların xüsusi uğur qazanmasıyla bağlı təcrübəyə də sahib deyilik.

O qədər də yaxın olmayan keçmişdə Mirça Rednik “Xəzər Lənkəran”ı çalışdırırdı. Onun ölkənin cənubundakı fəaliyyəti yerli fanatların da ürəyincə idi. Amma hər kəsə bəlli idi ki, Rednikə klub rəhbərliyi böyük imkanlar yaratmışdı, komandanın heyəti bahalı əcnəbilərlə zənginləşdirilmişdi. Di gəl ki, bu xərclərin qarşılığında nə çempionluq qazanıldı, nə də avrokuboklarda uğurlu qrafik cızıldı. Elə “Qəbələ”də çalışan Dorinel Muntyanu da hansısa uğuru ilə öyünə bilməz. Deməli, Mutunun həmyerlilərinin bizim çempionatda uğur qazanması “Neftçi” rəhbərliyini də həvəsləndirə bilməzdi.

Güman ki, kimsə, yəni hansısa menecer “Neftçi” rəhbərliyini inandıra bilib. And-aman edib, ortaya “yol xəritəsi” qoyulub. Onlar da həmin menecerə inanıb, belə bir çətin dönəmdə komandanın gələcəyini Mutuya tapşırıblar. Çətin sözünü əbəs yerə işlətmirəm. Onun işi ən azı ona görə çətin olacaq ki, “Neftçi”nin hazırkı heyəti böyük hədəflərə çatmaq üçün yetərsizdi. Ötən mövsüm yerli çempionatda 3-cü sıranı tutmağı zar-zor bacaran “ağ-qaralar” Sankt-Peterbuqrdakı turnirdə də rəqiblərinə müqavimət göstərə bilmir. Taqətsiz komanda Konfrans Liqasında da uzağa gedə bilməyəcək. Bu “Neftçi”nin həm mənəvi, həm də fiziki cəhətdən gücü tükənib. Yeni baş məşqçinin təyinatı xeyli yubandığından onun rəhbərliyi altında normal hazırlıq keçmək, transferi gündəmdə olan futbolçuların siyahısını çək-çevir edib, müzakirə aparmaq da bundan sonra mümkün deyil. Yəqin ki, Mutunun əlinin altında hazır siyahı var. Rumın mütəxəssis dünyanın futbol bazarında ad çıxaran həmyerliləri ilə alış-veriş edəcək, qiyməti yüksək hazır futbolçularla bu böhrandan çıxmağa çalışacaq. Bacarıb-bacarmayacağı barədə nəsə demək isə çox çətindi.

Bütün bunları zamanın ixtiyarına buraxaq. Heç şübhəmiz yoxdu ki, əlahəzrət zaman özü Mutunun fəaliyyətinin, məşqçilik bacarığının obyektiv qiymətini verəcək. Mən isə indilik onunla bağlı bir xatirəmi dəyərli oxucularımızla bölüşüm. 1999-cu il martın 30-da Rumıniyanın 21 yaşadək futbolçulardan ibarət yığması böyüklərdən ibarət komanda ilə birlikdə Azərbaycana gəlmişdi. Gənclər martın 30-da azərbaycanlı həmyaşıdlarını Sumqayıtda 2:0 hesabı ilə məğlub etmişdi. Bir gün sonra Respublika stadionunda keçirilən qarşılaşmada isə əsas millimiz rumınlara 0:1 hesabıyla məğlub oldu. Sumqayıtdakı oyunun 13-cü dəqiqəsində 20 yaşlı Mutu adını tabloya yazdırıb, Cahangir Həsənzadəni məyus etmişdi. Ümumiyyətlə, həmin görüş ərzində Mutu istedadıyla seçilmiş, meydandakı digər futbolçulardan üstün görüşmüşdü.

Həmin vaxt da sadiq oxucusu olduğum “Futbol+” Sumqayıtdakı qarşılaşmanın şərhində bu məqama geniş yer vermiş, Mutunun oyununa xüsusilə toxunmuşdu. Hətta həmin reportajın yarımbaşlıqlarından biri indiyə kimi xatirimdədi: “Mutu, Mutu... Gələcəyin Hacisi”. Mutu ötən 24 ildə çox böyüdü, gənclər yığmasından sonra Rumıniyanın əsas millisində də forma geydi. Həmçinin Avropanın bir çox tanınmış klublarından dəvət aldı, onlarla milyonluq müqavilələr bağladı. Amma xarakterindəki problemlər onun Haci kimi parlaq ulduza çevrilməsinə, rumın futbolunun tarixində yaxşı mənada iz qoymasına imkan vermədi. Bunu indi əminliklə demək olar, Mutu Haci ola bilmədi. Ümid edək ki, məşqçi kimi ondan daha yaxşı olacaq və bundan bizim “Neftçi” də fayda görəcək.

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

11-07-2023, 14:0

"Məqsədim “Neftçi”ni layiq olduğu yerə - Azərbaycanda ən yüksək mövqeyə qaytarmaqdı" - Adrian Mutu

Aktual / Ölkə futbolu

28-06-2023, 15:0

"Neftçi" yeni baş məşqçi axtarışlarına başladı - ÖZƏL

Aktual

8-07-2023, 22:0

Müqaviləsindəki bənddən istifadə edildi, Mutu "Neftçi" üçün "Rapid"lə yolları ayırdı

Manşet / Yazarlar

12-07-2023, 14:0

“Neftçi”nin Sankt-Peterburqda “döyülməsi” kimə sərf edirdi? - KÖŞƏ

Premyer-liqa / Günün xəbəri

19-09-2022, 21:0

AFFA məşhur türkiyəli məşqçini milliyə gətirmək istəyir

Aktual
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Dünən, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Dünən, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Dünən, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Dünən, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Dünən, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Dünən, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Dünən, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Dünən, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Dünən, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Dünən, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • 23-06-2026, 23:0
    "Pafos" Muradın təqdimatını yayınladı
  • 23-06-2026, 23:0
    "Şahdağ Qusar"da yeni futbolçu
  • 23-06-2026, 23:0
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • 23-06-2026, 22:0
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • 23-06-2026, 22:0
    Mourinyo onları “Real”da görmək istəyir
  • 23-06-2026, 21:0
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 252
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 209
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 203
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə