"Neftçi" yeni baş məşqçi axtarışlarına başladı - ÖZƏL

28.06.2023 15:57 1 014
Aktual / Ölkə futbolu
"Neftçi" yeni mövsümün hazırlığını baş məşqçisiz davam etdirir.

"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar" Sərgən Yalçınla danışıqları yekunlaşdırıb.

SOCAR rəhbərliyi türkiyəlinin istəklərini qəbul etməyib. Flaqman indi yeni baş məşqçi axtarışındadı. Rəhbərlik maraqlı qərar qəbul edib. Belə ki, "Neftçi" yeni baş məşqçinin kimliyi bəlli olmayana kimi əcnəbi futbolçu transferini rəsmiləşdirməyəcək. Düzdü, onlarla danışıqlar aparılır. Lakin keçidə son olaraq yeni baş məşqçi qərar verərəcək.

İLKİN SULTANLI