“Barselona” rəhbərliyi bu yay bir çox futbolçu ilə yollarını ayırmağı planlaşdırır. Artıq siyahı da hazırlanıb. “Mundo Deportivo” qəzetinin yaydığı xəbərdə Kleman Lanqle, Serjinyo Dest, Erik Qarsiya, Frank Kessye, Pablo Torre, Niko Qonsales, Ferran Torres və Aleks Kolyodonun komandadan ayrılacağı qeyd edilib. Torrenin təcrübə qazanmaq üçün başqa kluba icarəyə göndəriləcəyi bildirilib.
"Football-plus.az" xəbər verir ki, rəhbərlik digər futbolçuları isə klubun maliyyə vəziyyətini optimallaşdırmaq üçün satmağa hazırdı. Klub ilk növbədə maaşı yüksək olan Lanqle və Destlə vidalaşmaq istəyir.
Yeri gəlmişkən, Serxi Roberto “Barselona”nın yeni kapitanı seçilib. Klubun sosial şəbəkədəki rəsmi səhifəsinin məlumatına görə, növbəti mövsümdə Mark-Andre ter Ştegen 2-ci, Usman Dembele isə 3-cü kapitan statusunu daşıyacaq.