Silver qeyd edib ki, MBA iştirakçıların siyahısına yeni komandaları əlavə etməyə tələsmir. Hazırda prioritet vəzifə 2024/25 mövsümünün sonunda müddəti başa çatacaq media hüquqlarının satışı ilə bağlı müqaviləni yeniləməkdi.
“Football-plus.az” xəbər verir ki, Silver bu sözləri deyib:
“Teleyayın hüququ ilə bağlı sövdələləşmə başa çatan kimi genişlənməyə əl atacağıq. Bu məsələ hələ ki həllini tapmayıb, ancaq hesab edirəm ki, MBA-nın zamanla böyüməsi təbii haldı. Las-Veqas və Sietl də iştirakçılar arasında yer ala bilər”.


