Football-plus.az xəbər verir ki, o, həmçinin “Mexiko Siti Kapitanes” layihəsinin uğuruna toxunub:
“G liqasında yarışan ABŞ və Kanada klubları artıq Mexikoya səfər edir. Beləcə Meksika təmsilçisinin bu bazarda necə fəaliyyət göstərməsi, azarkeşlərin reaksiyası ilə bağlı təsəvvürümüz formalaşır. Hələ ki hər şey əladı”.
MBA-nın komissarı Adam Silver də Mexikonun ciddi namizəd sayılmaq üçün bütün zəruri addımları atdığını deyib. Onun fikrincə, növbəti kollektiv müqavilə imzalanandan sonra MBA genişlənə bilər və belədə Meksikada komandanın yaranması tam realdı. Komissar onu da qeyd edib ki, Mexiko Ulduzların oyununu qəbul etməyə qadirdi, ancaq lap yaxın gələcəkdə yox.
Yeri gəlmişkən, son illərdə Mexikoda müəyyən MBA oyunlarının keçirilməsi ənənə halını alıb. Elə dekabrın 18-də “San-Anttonio” – “Mayami” oyunu da Meksikanın paytaxtında keçirilib.
