“Sampdoriya” heyətinə Sem Lammersi də cəlb edib.
Football-plus.az xəbər verir ki, “Atalanta” mövsümün ilk yarısını icarə əsasında “Empoli”də keçirən 25 yaşlı niderlandlı hücumçunu eyni əsasda Genuya klubuna göndərib.
İcarə müqaviləsinin müddəti yaya qədər nəzərdə tutulub. “Sampdoriya”nı Françesko Kaputo tərk edib. 35 yaşlı hücumçunu “Empoli” icarəyə götürüb. Bu klubun onu müəyyən şərtlər daxilində yayda birdəfəlik almaq hüququ var.