“Səbail”in rəqiblərinin adı dəqiqləşdi

10.07.2023 21:15 307
Premyer-liqa / Manşet
“Səbail”in növbəti mövsüm üçün hazırlığı davam edir.

İyulun 1-də başlayan prosesin ilk mərhələsi bu gün başa çatacaq. İndiyə qədər BOS-da toplaşan komanda sabah Türkiyəyə yola düşür. Bakı təmsilçisinin qardaş ölkədə 3 sınaq matçı keçirəcəyini xəbər vermişdik. Görəsən, komanda hansı klublarla qarşılaşacaq? Bunu öyrənmək məqsədilə baş məşqçi Şahin Diniyevlə əlaqə saxladıq:

“Danışıq apardığımız komandalarla razılığa gəldik. İyulun 16-sı “Ərzurumspor”, 19-u “Sivasspor”, 21-də isə “Konyaspor” ilə görüşümüz var”.


KƏNAN BAHADIR