"Qəbələ" hazırlıqlara start verdi

25.06.2023 11:21 235
Ölkə futbolu
“Qəbələ” 2023-24 mövsümünün hazırlığına start verib.

"Football-plus.az" xəbər verir ki, “qırmızı-qaralar” Qəbələdə bir araya gəlib. Hazırlıq prosesi çərçivəsindəki ilk məşq yerli futbolçuların iştirakı ilə keçirilib. Fiziki təmrinlər yerinə yetirən komandanın məşqi əsasən topsuz çalışmalardan ibarət olub.

Xatırladaq ki, iyulun 8-dək Qəbələdə hazırlıq keçəcək “qırmızı-qaralar” toplanışın ikinci mərhələsini Türkiyədə gerçəkləşdirəcək.