Emil Balayevin son durumu

9.07.2023 17:08 291
Ölkə futbolu
"Matç TV Kuboku” çərçivəsində iyulun 8-də “Smena” stadionunda keçirilən “Srvena Zvezda”ya qarşı oyununun sonlarında zədələnən "Neftçi"nin futbolçusu Emil Balayevin sağlamlıq durumuna aydınlıq gəlib.

"Football-plus.az" xəbər verir ki, “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bu haqda məlumat verib:

“Emil Balayev Maqnit Rezonans Tomoqrafiya müayinəsindən keçdi. O, axil vətərinin total cırılması diaqnozu ilə əməliyyat olunacaq. Bu səbəbdən qapıçımız təqribən 5 ay yaşıl meydanlardan kənarda qalacaq”.

Qeyd edək ki, sözügedən görüşdə "Neftçi" "Srvena Zvezda"ya 0:4 hesabı ilə uduzub.

Xatırladaq ki, E.Balayev ötən ay "Neftçi"yə transfer olunmuşdu.