“Neftçi”nin futbolçusu Filip Ozobiç "PARİ Premyer Kuboku"nda “Srvena Zvezda”ya 0:4 hesabı ilə uduzduqları oyunu şərh edib
"Football-plus.az" saytının məlumatına görə, milli üzvü oyunun mövsümə hazırlıq baxımından faydalı olduğunu deyib:
"Srvena Zvezda" bir çox məqamlarda bizdən daha yaxşı görünürdü. Səviyyəmizi yüksəltmək üçün çalışmalıyıq. Bu baxımdan matç çox faydalı oldu. Turnir də çox yaxşıdı. Burda hər şey superdi. Üstəlik, “Srvena Zvezda” ilə bu toplanışda hazırlaşdığımız meydanda oynamışıq. Yəni bir növ ev matçı idi. Turnir haqda ancaq yaxşı şeylər deyə bilərəm".
Ozobiç iyulun 15-də "Fənərbaxça"ya qarşı baş tutacaq görüş haqda fikrini də bildirib:
"Nəticə həmişə vacibdi. Lakin yenə də bunlar yoldaşlıq oyunlarıdı. Çempionatda və avrokuboklarda necə görünəcəyimiz daha önəmlidi. Ciddi hazırlaşmalıyıq".