Andrey Tixonov "PARİ Premyer Kuboku” beynəlxalq yoldaşlıq turnirində "Neftçi" və "Srvena Zvezda" arasında keçiriləcək matçdan gözləntilərini bölüşüb.
"Football-plus.az" xəbər verir ki, "Spartak"ın əfsanəsi bu günkü görüşdə serblərin favorit olduğunu deyib:
"Tərəflər bu oyuna qədər fərqli nəticələrlə üzləşib. Serblər “Zenit” üzərində qələbə qazanıb, bakılılar isə onlara uduzub. Belqrad komandası sürətli, hücum futbolunu sevir. Əminəm ki, “Srvena Zvezda” “Neftçi” ilə görüşdə də hücum futboluna üstünlük verəcək. Qrupun favoritindən üç xalı götürən serblər liderliyini möhkəmləndirməkdən heç də çəkinməyəcəklər. Bununla belə, “Neftçi” də irəli gedəcək. Buna görə düşünürəm ki, hər iki komanda qol vuracaq. Təbii ki, “Srvena Zvezda” qalib gəlməyə daha əzmlidi. Lakin heç-heçəni də istisna etmək olmaz".