Jurnalist qaliblə məğlubu səhv saldı

8.07.2023 14:54 227
İdman
Hazırda davam edən “Uimbldon” turnirində kuryoz hadisə baş verib.

"Football-plus.az" xəbər verir ki, həmkarlarımızdan biri ispan tennisçi Paula Badosanı 1/16 finala vəsiqə qazanması münasibəti ilə təbrik edib. Halbuki o, ukraynalı Marta Kostyukla 1/32 final oyununun 2-ci setində - hesab 2:6, 0:1 olarkən zədə üzündən mübarizəni dayandırıb. Həmkarımız mətbuat konfransına “sizi qələbə münasibəti ilə təbrik edirəm” sözləri ilə başlayıb. Özünü sındırmayan Badosa belə cavab verib:

“Axı mən elə indicə uduzmuşam. Hazırda heç də yaxşı formada deyiləm. Özümü yaxşı hiss etməyimə ehtiyac var”.