WTA reytinqində cütlərin təsnifatında 16-cı yeri tutan ukraynalı tennisçi Lyudmila Kiçenok builki Uimbldon turnirinə buraxılmayan rusiyalı tennisçilərin cəzalandırılmasını dəstəkləyib:
“Yaxşı ki rusiyalı və belaruslu tennisçiləri “Uimbldon”dan kənarlaşdırdılar. Biz öz işimizi görməyə və oynamağa çalışırıq. Ancaq ümid edirəm ki, tennisdə vəziyyət yaxın zamanlarda ümumilikdə dəyişəcək. Rusların uzaqlaşdırılmasını dəstəkləməyən idmançılara gəlincə, onlara xəbərləri izləməyi məsləhət görərdim”.