“Sabah”da yeni müqavilə

6.07.2023 19:33 251
Premyer-liqa
"Sabah" yarımmüdafiəçisi Kristian Da Silva Fil ilə yeni müqavilə bağlayıb.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə yeni anlaşmanın müddəti 2024-cü ilin iyun ayına kimidi.

Qeyd edək ki, Da Silva 2022-ci ilin fevral ayından "Sabah"ın üzvüdü. O, komandada 34 oyun keçirib, 2 qol vurub.