“Kəpəz”in iki rəqibi dəqiqləşib

6.07.2023 15:24 512
Aktual / Ölkə futbolu
"Kəpəz" növbəti mövsümün hazırlığını davam etdirir.

"Football-plus.az”ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi Bakıda baş tutacaq təlim-məşq toplanışı çərçivəsində 5 yoxlama oyunu keçirməyi planlaşdırır.

İlk matç sabah Bakı Olimpiya Stadionunda "Səbail”ə qarşı olacaqsa, digər rəqib "Zirə”di. Bakı təmsilçisi ilə görüşün iyulun 14-də BOS-da keçirilməsi nəzərdə tutulub. Qalan 3 oyun üçün isə danışıqlar davam edir.

Redaksiyamıza daxil olan digər informasiyaya görə, gəncəlilər hazırda "Səbail”lə matç üçün Bakıya gəlir. Komanda oyundan sonra evə qayıdacaq.

KƏNAN BAHADIR