"Səbail"in rəqibləri bəlli oldu

20.07.2022 18:07 403
Ölkə futbolu
"Səbail" yeni mövsümün hazırlığını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, paytaxt təmsilçisi hazırlıq prosesinin ikinci mərhələsini Gürcüstanın paytaxtı Tbilisidə həyata keçirəcək. Mahmud Qurbanovun rəhbərlik etdiyi kollektiv artıq qonşu ölkədədir.

"Səbail" Gürcüstandakı 10 günlük təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyunu keçirəcək. İlk görüş ayın 22-si “Dinamo Tbilisi” ilə baş tutacaq. İkinci oyun iyulun 25-i “Qaqra”, üçüncü matç isə 29-u “Dila” (Qori) komandasına qarşı keçiriləcək.