Konordan Həbibə inanılmaz hörmətsizlik

6.07.2023 11:34 273
Maraqlı
UFC versiyası üzrə iki çəkidə sabiq dünya çempionu Konor Makqreqor sosial şəbəkədəki paylaşımına görə kəskin tənqidə məruz qalıb.

“Football-plus.az” xəbər verir ki, irlandiyalı döyüşçü iyulun 3-də belə yazıb:

“Məni mental cəhətdən nə gücləndirdi? Ölü düşmənlərim”.


Fanatların fikrincə, Konorun əzəli və əbədi rəqibi Həbib Nurməhəmmədovun atası Abdulmanapın ölümünün 3-cü ildönümündə belə post yazması təsadüfi deyil. Düzdü, sonradan Konor həmin paylaşımı silib.

Amma azarkeşlər Konorun paylaşımının altında onu qınayan sözlər yazmağa imkan tapıb:

“çox iyrənc və axmaq hərəkətdi”, “xəstə yaramaz”, “sənin ağlın qaçıb”.


Abdulmanap Nurməhəmmədov Dağıstan Respublikasının döyüş sambosu üzrə yığmasının böyük məşqisi idi. 2020-ci ilin iyulunda koronavirusdan dünyasını dəyişib.