SOCAR “Qalatasaray”ın sponsoru oldu

4.07.2023 23:35 275
Ölkə futbolu / Dünya futbolu / Manşet
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) daha bir klubun sponsoru olub.

“Football-plus.az” Türkiyə mediasına istinadən xəbər verir ki, bu, İstanbul təmsilçisi "Qalatasaray"dı. Türkiyə klubunun avrokubok matçlarında geyinəcəyi formalarının üzərində SOCAR yazısı yer alacaq. İstanbullular razılıq sayəsində illik 5 milyon dollar qazanacaq. Əməkdaşlıq “Qalatasaray”a Mauro İkardini komandada saxlamaq üçün lazımi vəsaiti də qazandıracaq.