Azərbaycanlılar İspaniyada futbolun sirrlərini öyrənəcəklər

30.06.2023 12:13 344
İdman
ASTA Futbol Akademiyası (Azerbaijan Sport Talents Academy) ilə İspaniyanın “Marset” Futbol Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

"Football-plus.az" xəbər verir ki, Barselonadan Bakıya gələn məşqçilər ASTA tərəfindən seçilən 14-15 yaşlı 50 futbolçudan 15-20-sini seçib İspaniyaya aparacaqlar.

İstedadlı yeniyetmələr 4 il ASTA-nın maliyyə dəstəyi ilə “Marset” Futbol Akademiyasında olacaqlar.

Məşqçilər Ragel Marmol Felipe və Rivero Karlos Arias iyulun 2-dək Bakı Olimpiya Stadionunda ASTA-nın təklif etdiyi yeniyetmələri sınaqdan keçirəcəklər.

Qeyd edək ki, layihənin müntəzəm davam etdirilməsi nəzərdə tutulub. 2024 və ya 2025-ci ildə ölkəmizdə növbəti seçimlər aparılacaq. “Marset” Futbol Akademiyasının seleksiyaçıları 2010-2011-ci il təvəllüdlü yeniyetmələrə baxış keçirəcəklər. Hər iki tərəfin bununla bağlı öhdəliyi var.

İLKİN SULTANLI