“Turan Tovuz” Futbol Akademiyası yay seçimlərinə başlayır

25.06.2023 12:21 342
Ölkə futbolu
Seçimlər Tovuz şəhər stadionunda 1-2 iyul tarixlərində baş tutacaq və 2009, 2010, 2011-ci il təvəllüdlü futbolçular arasında keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, seçimlərdə iştirak etmək istəyən futbolçular öncədən qeydiyyatdan keçməlidilər. Bunun üçün aşağıda göstərilən əlaqə nömrələrinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəxsiyətini təsdiq edən sənədi gətirməlidilər.

Tel: 055 255 44 32, 055 706 55 94
Email: info@turantovuzpfk.az

Seçimlər 1 iyul tarixində, saat 16.00-da başlayacaq.