İspaniya klubu Musa Qurbanlı ilə maraqlanır: Məşhur platforma xəbərimizi təsdiqlədi

30.06.2023 10:07 2 145
Aktual
"Qarabağ"ın gənc üzvü Musa Qurbanlı karyerasını İspaniyada davam etdirə bilər.

"Football-plus.az" xəbər verir ki, millimizin forvardı ilə İspaniyanın "Rayo Valekano" klubu yaxından maraqlanır. Məşhur platforma "Transfermarkt" da bu keçidin mümkünlüyünü 85 faiz olaraq dəyərləndirib.

Qeyd edək ki, Musa Qurbanlı ilə "Rayo Valekano"nun maraqlandığını ilk dəfə "Futbol+" ictimaiyyətin diqqətinə çatdırıb.

İLKİN SULTANLI

İspaniya klubu Musa Qurbanlı ilə maraqlanır: Məşhur platforma xəbərimizi təsdiqlədi