Valverde hansı cəzanı alacaq?

29.06.2023 22:33 201
Dünya futbolu
Federiko Valverde 5 oyunluq cəza ala bilər.

"Football-plus.az" xəbər verir ki, “Real”ın uruqvaylı yarımmüdafiəçisi La Liqanın son mövsümünün 28-ci turunun “Vilyarreal”la matçından (2:3) sonra dayanacaqda rəqib oyunçu Aleks Baenanın üzünə yumruqla zərbə endrdiyi üçün özünü çətin vəziyyətə salıb.

Bu insidenti araşdıran müstəntiq İspaniya Futbol Federasiyasının İdman Yarışları Komitəsinə Valverdeyə 5 oyunluq cəza verilməsini təklif edib. Komitə bu təkliflə razılaşarsa, Federiko La Liqanın növbəti mövsümünün ilk turlarının “Atletik”, “Almeriya”, “Selta”, “Xetafe” və “Real Sosyedad”la oyunlarında iştirak edə bilməyəcək.