"Football-plus.az" xəbər verir ki, İnsident komandalar arasında keçirilən çempionat matçından sonra baş verib.
Baena bununla bağlı açıqlama yayıb. Aleksin “Vilyarreal”ın 3:2 hesablı qələbəsi ilə nəticələnən matç zamanı Federikonun oğlu haqqında təhqiramiz ifadələr işlətdiyi iddia olunub.
Bundan sonra Valverde Baenanı dayanacaqda gözləyib, onu həmin məkanda görən kimi üzünə zərbələr endirib. İndi Federiko uzunmüddətli cəza almaq təhlükəsi ilə üzləşib.
Aleks isə Federikonun ailəsi haqqında heç nə demədiyini iddia edir:
“Ötən şənbə “Real”la oyundan sonra həmkarım mənə hücum etdi. Bu hadisədən sonra bəzi xəbərlər yazılmağa başladı ki, guya mən onun yaxınlarına nəsə demişəm. Belə bir şey baş verməyib. Üzüm aldığım yumruq zərbəsinə görə çox ağrıyır. Ailəmə dəyən ziyan ödənilməlidi. Buna heç bir bəhanə yoxdu.
Ailəmə hədələr, təhqirlər, hətta ölüm arzuları da ünvanlanır. Artıq baş verən hadisə ilə bağlı polisə məlumat vermişəm. Qoy, ədalət öz işini görsün. İndi yeganə məqsədim işimə diqqət yetirmək və komandama kömək etməkdi”.