“Real”ın futbolçusu cəzalana bilər

26.04.2023 16:06 256
Dünya futbolu
“Real”ın futbolçusu Federiko Valverde 12 oyunluq cəza ala bilər.

"Football-plus.az" xəbər verir ki, buna səbəb uruqvaylı yarımmüdafiəçinin La Liqanın 28-ci turunda “Vilyarreal”la matçdan sonra rəqibin oyunçusu Aleks Baenanı vurmasıdı.

24 yaşlı oyunçunun bu hərəkəti ilə bağlı iş İspaniya Kral Futbol Federasiyasının İdman Yarışları Komitəsinə verilib. Onun minimum 4, maksimum isə 12 matçlıq diskvalifikasiyası gündəmdədi. “Kral klubu” hadisələrin belə inkişafından razıdı. Çünki zorakılıq, irqçilik, ksenofobiya və idmanda dözümsüzlüklə mübarizə üzrə dövlət komissiyası da işə baxa bilər. Bu isə uruqvaylının 6 aylıq sanksiyaya məruz qalmasına gətirib çıxarar.

Qeyd edək ki, “Vilyarreal”ın 3:2 hesabıyla qalib gəldiyi qarşılaşmadan sonra avtomobil dayanacağında Baena Valverdenin həyat yoldaşının hamiləliyi ilə bağlı vəziyyəti ələ salan sözlər işlətdiyindən, “Real”ın oyunçusu həmkarını yumruqla vurub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul