Beynəlxalq Olimpiya Komitəsi (BOK) Beynəlxalq Boks Assosiasiyasını (IBA) tanımadığını elan edib.
"Football-plus.az" xəbər verir ki, bu barədə BOK-un mətbuat xidməti məlumat yayıb. Qurumun sessiyasında məsələ ilə bağlı səsvermə keçirilib. 70 nəfərdən 69-u IBA-nın tanınmadan məhrum olunmasının lehinə səs verib.
Boks təsərrüfatında illərdi hökm sürən başıpozuqluq rusiyalı Umar Kremlyov Beynəlxal Boks Assosiyasının prezidenti seçiləndən sonra bir qədər də dərinləşib, indi yalnız qarşılıqlı ittihamlar var.