3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının mövsüm finalında növbəti oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, təmsilçimiz Çinin Şanxay şəhərində keçirilən yarışın yarımfinalında Fransa komandası ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 15:13.
"Ağ-qaralar" daha əvvəl 1/4 finalda Monqolustanın "Ulan-Bator Amazons" kollektivinə qalib gəlmişdi - 21:18.
Xatırladaq ki, "Neftçi SOCAR" ötən gün A qrupunda Fransa seçməsini 17:15, Almaniyanı 16:11 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub - 12:22.
"Neftçi SOCAR" yarımfinalda uduzdu
İdman






