41 yaşlı polşalı ekstremal idmançı Damian Kasprjik buzlu suyun altında qalmaq müddətinə görə yeni dünya rekordu müəyyənləşdirib.
"Football-plus.az" xəbər verir ki, o, belə vəziyyətdə 1 saat 29 saniyə qalaraq bu nəticəni “Ginnesin Rekordlar Kitabı”na saldırıb. Bu, Kasprjikin üçüncü dünya rekordudu.
Damian daha əvvəl yalnız üzgüçülük geyimində buzlu kamerada 5 saatdan çox dayanıb. O, 2026-cı ilin iyulunda isə tam qarın altında basdırılmış vəziyyətdə 2 saatdan çox qalıb. İdmançı bildirib ki, son sınaq əvvəlkilərlə müqayisədə daha çətin olub. Baş nahiyəsindən istilik itkisi və start zamanı yaranan texniki nasazlıq səbəbindən onun komanda ilə əlaqəsi kəsilib. Buna baxmayaraq, Kasprjik nəticəsindən razı qaldığını və insan dözümünün sərhədlərini yoxlamaq üçün yeni sınağa hazırlaşdığını deyib.
Bu növdə qadınlar arasında dünya rekordu da polşalı idmançıya məxsusdu. Maria Bodai ötən il dekabrın 19-da 1 saat 38 saniyə nəticə ilə rekord müəyyənləşdirib.
Saatyarım buzlu suda qaldı!
İdman





