"Real"ın futbolçusu "Xetafe"də

1.08.2022 22:29 325
Dünya futbolu
“Xetafe” klubu heyətinə yeni futbolçu qatıb.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, La Liqa təmsilçisi “Real”dan (Madrid) Borxa Mayoralı transfer edib. 25 yaşlı hücumçu ilə 5 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, "kral" klubunun yetirməsi olan Mayoral geridə qalan mövsümü icarə əsasında “Xetafe”də keçirib.