“Bornmut”da baş məşqçi istefası qaçılmaz olub. Skott Parker istefaya göndərilib.
Klubun rəsmi saytının məlumatında 41 yaşlı mütəxəssislə müqaviləyə xitam verildiyi bildirilib. Parker ötən ilin yayında “Bornmut”la 3 illik sözləşmə imzalamışdı. Komanda son mövsümdə onun başçılığı altında çempionşipdən premyer-liqaya yüksəlmişdi. “Bornmut” yeni mövsümə “Aston Villa” üzərində qələbə (2:0) ilə başlasa da, premyer-liqanın son üç oyununda xal qazana bilməyib. Parkerin istefasına 4-cü turda “Liverpul”a 0:9 hesablı məğlubiyyət səbəb olub.