Milli komandada qəribə istefa

3.04.2023 13:41 238
Dünya futbolu
Arnar Vidarsson İslandiya yığmasının baş məşqçi vəzifəsindən azad olunub.

"Football-plus.az" xəbər verir ki, İslandiya Futbol Assosiasiyasının (İFA) qərarı bir qədər təəccüb doğurub.

Belə ki, bu addım İslandiya yığmasının AÇ-2024-ün seçmə mərhələsinin 2-ci turunda Lixtenşteyn üzərində 7:0 hesablı səfər qələbəsindən sonra atılıb.

Görünür, İFA rəhbərliyi milli komandanın seçmə mərhələdə mübarizəyə Bosniya və Hersoqovinaya məğlubiyyətlə (0:3) başlamasından çox narazı olub. Xatırladaq ki, Vidarsson yığmanı 2020-ci ildən çalışdırırdı.